RU

Azərbaycanın xaricdəki səfirliklərində seçki məntəqələri yaradılır

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Manset.az xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.Bildirilib ki, növbədənkənar prezident seçkisi ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülür. Bu məqsədlə seçki məntəqələri yaradılır.Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına alınan seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılır.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Избранный
175
50
manset.az

10Источники