RU

Azərbaycanın stolüstü tennisçiləri toplanış üçün Çinə yollanıblar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

Federasiyadan MediaPost-a verilən məlumata görə, 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq.

Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan hazırlıq prosesinə yanvarın 24-də yekun vurulacaq.

Xəbərlər departamenti

Избранный
64
14
mediapost.az

10Источники