RU

Bayram günlərində təcili yardıma 18 mindən çox müraciət daxil olub

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-dən MediaPost-a verilən məlumata görə, təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub.

Çağırışların sayı ən çox 01.01.2024-cü il (çağırış sayı 2 723, hospital olunanların sayı 305 olmaqla), 02.01.2024-cü il (çağırış sayı 2 713, hospital olunanların sayı 274 olmaqla) və 31.12.2023-cü il tarixində (çağırış sayı 2 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Xəbərlər departamenti

Избранный
46
40
mediapost.az

10Источники