RU

Dekabrda valyuta satışının həcmi açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin dekabr ayı ərzində 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Fondun yaydığı məlumata əsasən apardığı hesablamalara görə, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 74,8 faiz və ya 446 milyon dollar azalıb.

Ötən ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda satışların həcmində 36,1 faiz və ya 84,8 milyon dollar azalma qeydə alınıb.

Избранный
155
12
vergiler.az

10Источники