RU

Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xətti çəkiləcək

Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Sənədə əsasən, məqsəd, dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılmasıdır.

 

Əsas hədəflər arasında hava limanı ərazisinə gediş-gəliş imkanlarının genişləndirilməsi, yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat imkanlarının təmin edilməsi (dəmir yolu əlaqəsi), hava limanı ərazisinə gediş-gəlişlərin 30 %-nin dəmir yolu nəqliyyatı hesabına təmin edilməsi (sərnişinlər və işçi heyət), uzunmüddətli inkişaf seçimlərinin nəzərdən keçirilməsi daxildir.

Избранный
110
10
sfera.az

10Источники