Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə qurumun tabeliyində olan Çaykənd və Tovuz Balıqartırma zavodları ləğv edilir. Aktual.az xəbər verir ki, bununla bağlı Ləğvetmə Komissiyası yaradılıb.
Kreditorlar tələblərini 2 ay müddətində Komissiyaya (Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına) təqdim edə bilərlər.