RU

"Aygün son missiyasını yerinə yetirdi"

"Aygünün sonuncu pilləsi qalmışdı... Ya özünə, ya həyata vurmalı idi. O, son pilləsini həyata vurdu. Çətinliklərə baxmayaraq, səhnə durub, konsert verdi. Son missiyasını yerinə yetirdi. Nə qədər ki, Azərbaycan xalqı var, Aygün yaşayacaq".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı açıqlamasında deyib. Müğənni onunla bağlı xatirələrini bölüşüb:

"İlk dəfədir ki, bilmirəm nə danışım. Əslində gedən cism üçün yox, susan səs üçün pis oluruq. Aygün hər zaman qəlbimizdə yaşayacaq. Bizi bu dünyada xatırlayan ən son insan bu dünyadan köçəndə biz də unudulacağıq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
318
45
milli.az

10Источники