RU

Sabah geomaqnit sahəsinin qeyri-sabit olacağı gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, hazırda Günəş ləkələrinin sayı artaraq, 10 ləkə qrupunda 171 ləkə və tac dəlikləri müşahidə edilir. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli isə Günəş fəallığı ilə bağlı olaraq yanvarın 3-dən 6-dək yüksələrək S1 (maks: 25 pfu) dərəcəli radiasiya qasırğası baş verib.

Günəş küləyinin maksimal sürəti 504 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə -11 nT olub. Hazırda Günəş küləyinin sürəti normaldır (317 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 1-ə bərabərdir, kosmik hava sakitdir.

Yanvarın 8-dən 14-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin müsbət qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir. Hələlik geoeffektiv tac dəliyi axınları qeyd olunmur.

Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə yanvarın 8-dən 9-dək qeyri-sabit və aktiv səviyyələrdə, sonra isə sakit olacağı gözlənilir.

Избранный
227
10
tehsil.biz

10Источники