RU

Əvvəlki ilin məzunları qəbul imtahanlarında necə iştirak edə bilər? - DETALLAR

Qəbul imtahanına hazırlaşan orta məktəblərin ötənilki məzunlarını bir məsələdə maraqlandırır: əvvəlki buraxılış imtahanının nəticələrindən istifadə edə bilərmi?

 

Onlar ötənilki buraxılış imtahanının nəticələri ilə hansı ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilərlər?

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin (DİM) bu suallara cavablarını təqdim edir:

 
DİM-in məlumatında bildirilir ki, qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticəsi 2 il qüvvədə olur.


Abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari və növbəti tədris illərində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün müvafiq illərdə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir.


Beləliklə, 2022-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir.

Избранный
250
50
azedu.az

10Источники