Bakı, 9 yanvar, AZƏRTAC
Sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günlərinə Bakıdan axşam reysləri təyin edilib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı 12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, 14, 21, 28 yanvar və 4 fevral tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.