RU

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb.Poliqon-nun xəbərinə görə, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;Qeyd edək ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayıb.Poliqon.info

Избранный
389
2
poliqon.az

3Источники