RU

Sərhədlərin delimitasiyası Tovuz - Qazax bölgəsindən başlayacaq...

Image

Aydın Hüseynov: “Sərhədlərin delimitasiyasının Qazax-Tovuz bölgəsindən başlaması 8 kəndin qaytarılması tələbindən irəli gəlir”

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.

Dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslarım əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”. 

Prezident çıxışından belə aydın olur ki, sərhədlərin delimitasiyasi Qazax Tovuz bölgəsindən başlayacaq. 

“Sülh sazişi zamanı Azərbaycanın şərtləri, o cümlədən hələ də işğal altında qalan kəndlərin geri qaytarılması da əsas detallardandır”

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan regionda sülh və təhlükəsizlik, birgə əməkdaşlıq üçün açıq və sülhpərəvər ölkə kimi bütün sülh təşəbbüslərini dəstəkləyir. Soçidə irəli sürülmüş sülh gündəliyi, həm də Brüssüeldə qəbul olunmuş platforma ölkəmizin sülhə sadiqliyini göstərir: “Cənab Prezident bu günlərdə Münhen konfransında da bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platforma var, onlardan biri Brüssel formatıdır. Brüssel prosesi çərçivəsində qəbul olunmuş üçtərəfli anlaşma da sülh sazişinin imzalanması üçün yaxşı fürsətlər yaradır. Ermənistan da bu prosesdə siyasi iradə nümayiş etdirir və sülh sazişi üçün yaranmış imkanlar böyüyür. Sözsüz ki, sülh sazişi zamanı Azərbaycanın şərtləri, o cümlədən hələ də işğal altında qalan kəndlərin geri qaytarılması da əsas detallardandır. Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də bəyan etdiyi kimi, ölkəmizin hələ də işğal altında qalan kəndlərinin geri qaytarılması da bu paketdə yer alır və sərhədlərin delimitasiyasının Qazax-Tovuz bölgəsindən başlayacağı da buna işarədir”.

Millət vəkili bildirdi ki, Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) geri qaytarılması üçün əsas həll planı 2 mərhələdə nəzərdə tutulur: “İlk olaraq anklav olmayan 4 kəndin – Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin qaytarılması nəzərdə tutulur. İkinci mərhələdə anklavlar Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinin qaytarılması şərtlərə daxildir. Bununla da süllh sazişi və iki ölkə və xalq arasında etimad mühiti formalaşması mümkündür. Eyni zamanda, iki ölkə arasında kommunikasiya və dəhlizlərin açılması reallaşa bilər.

A.Hüseynovun sözlərinə görə,  bəzi hallarda İrəvan hakimiyyətində sülh paketinin şərtlərinə qarşı çıxanlar, sazişin imzalanmasına maneə yaradanlar da istisna deyil. Onlar da anlamalıdırlar ki, rəsmi Bakının sülh təkliflərinə qarşı çıxmaq və təxribatlar törətmək İrəvanın vəziyyətini və yaranmış açıq dünya inteqrasiyasını qapada bilər. Ona görə də, İrəvan bu məsələdə siyasi iradəsindən geri dönməməli, fürsətə soyuqqanlı yanaşmalıdır.  

Günel CƏLİLOVA





Избранный
184
10
baki-xeber.com

10Источники