RU

Fazil Mustafaya qəsd edənlərin məhkəməsi

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məh­kəməsinin hakimi Elnur Nuriye­vin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prokuror Orxan Kəngərli prosesin məhkəmə baxışına verilməsini təklif edib. Müşavirədən qayıdan məh­kəmə heyəti prosesin baxışa verildiyini açıqlayıb.
Məhkəmənin ilk baxış iclası yanvarın 22-nə təyin edilib.
Qeyd edək ki, ötən il martın 28-də F.Mustafaya qarşı yaşa­dığı evin qarşısında “Kalaşni­kov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. 
Faktla bağlı Dövlət Təhlükə­sizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsi­nin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatı­na sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ola­raq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəz­dirmə) maddələri ilə cinayət işi başlanılıb.
XQ

Избранный
189
18
xalqqazeti.az

10Источники