№ 15 Bakı şəhəri, 12 yanvar 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli, “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 10 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli 11 nömrəli, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” 2013-cü il 8 yanvar tarixli 2 nömrəli, “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Yeyinti məhsullarına verilən uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları” üzrə:
1.1.1. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.8. Ətin nişanlanmasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən boyalardan istifadə olunur.”;
1.1.2. 2.2-ci bəndin ikinci abzasının ikinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları” üzrə:
1.2.1. 3-cü hissənin üçüncü abzasında “baytarlıq-sanitariya cəhətdən keyfiyyəti müəyyənləşməmiş yem” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmayan yem məhsulları” sözləri ilə əvəz edilsin;
1.2.2. 5.1-ci bənddə “yem” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin;
1.2.3. 5.2-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.2.4. 5.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İdxal edilən heyvan mənşəli məhsullar və xammal, yem məhsulları və yem əlavələri qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal sağlamlıq aktı təqdim edilir.”.
2. “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarında (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları”nın 3.9-cu bəndinin ikinci cümləsinə “yem” sözündən sonra “məhsulları” sözü əlavə edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları”nın 5-ci hissəsində “ərzaq” sözü “qida” sözü ilə, 14-cü hissəsində “ərzaq mallarının, yemin” sözləri “qida və yem məhsullarının” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası”nın 3.4-cü bəndində “yem” sözü “yem məhsulları” sözləri ilə, 4.5-ci bəndində “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müddəti”nin 2.2-ci bəndinin ikinci cümləsində “yem” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin;
3.3. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 2.1-ci bəndinin dördüncü və beşinci abzaslarında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə, 4.8-ci bəndində “yem” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060625 Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisasının “- Yeyinti sənayesi iaşə və ticarətinin texnoloji maşın və avadanlıqları” sətrində “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;
4.2. “060644 İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə:
4.2.1. “- Ərzaq məhsullarının ekspertizası və marketinqi” sətrində “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;
4.2.2. “- Qeyri-ərzaq məhsullarının ekspertizası və marketinqi” sətrində “Qeyri-ərzaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. mətn üzrə “Ərzaq məhsullarının” sözləri “Qida məhsullarının” sözləri ilə, “ərzaq norması” sözləri “qida norması” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin müalicə ərzaq payı Normaları”nın “Qeydlər”inin 5.1-ci bəndinin ikinci cümləsində “ərzaq məhsullarından” sözləri “qida məhsullarından” sözləri ilə, 6-cı hissəsində “ərzaq məhsullarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
6. “Yeyinti məhsullarına verilən uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ləğv edilsin.
Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта