Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə missiyanın “X” hesabında paylaşım edilib.
“Missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb”, - deyə qurumdan bildirilib.
Vurğulanıb ki, Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, İstisu, Kişişkənd, Gödəklər və Karvansaraya səfər edəcək.