RU

İsrail-HƏMAS münaqişəsinə nə vaxt son qoyulacaq? - TARİX AÇIQLANDI

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə 2025-ci ilə qədər davam edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, Netanyahu bu bəyanatı İDF Cənub Komandanlığının qərargahında Qəzza sərhəd bölgələrinin nümayəndələri ilə görüşü zamanı verib. İclasda digər hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər.

Görüş zamanı boşaldılmış yaşayış məntəqələrinin sakinlərinin geri qayıtmasının mümkünlüyü müzakirə olunub. İsrailin baş naziri evakuasiya edilmiş icmalara qayıtmağa hazır olan İsrail sakinlərinə maliyyə yardımı göstərilməsi prosedurunu nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Избранный
286
50
publika.az

10Источники