Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
Tərəflər Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Bundan başqa Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son proseslər və sülh sazişinin imzalanması məsələlərinə toxunulub.
Mənbə: Ermənistan KİV