Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın bu gün Ukraynanın paytaxtı Kiyevə, eləcə də Xarkov və Pavloqrad şəhərlərinə raket hücumları nəticəsində azı 6 nəfərin öldüyünü, 73 nəfərin yaralandığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə,rəsmi internet səhifəsində paylaşım edən Volodimir ZelenskiRusiya ordusunun bu gün Ukraynaya təşkil etdiyi raket hücumlarını qiymətləndirib.
Volodimir Zelenski hücumların baş verdiyi yerlərdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
"İndiyədək Kiyevdə düşmənin hücumu nəticəsində 22 nəfər yaralanıb. İlkin məlumatlara görə, Xarkovda törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, 4-ü uşaq olmaqla 51 nəfər yaralanıb. 27 nəfər dağıntılar altından çıxarılıb'',-deyə Volodimir Zelenski qeyd edib.
Volodimir Zelenski Pavloqradda bir nəfərin öldüyünü bildirib.
Ukraynanın daxili işlər naziri İqor Klimenko rəsmi internet səhifəsində etdiyi paylaşımdaRusiya ordusunun səhər saatlarında Ukraynaya raket zərbələri endirdiyini qeyd edib.
Rusiyanın hücumu nəticəsində paytaxt Kiyev və ətrafındakı yaşayış binalarında və avtomobillərdə yanğın baş verdiyini bildirən Klimenko Rusiyanın Xarkovda iki yaşayış binasını vurduğunu vurğulayıb.
Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini və hücumların polis müstəntiqləri tərəfindən qeydə alındığını bildirən Klimenko bu hücumları "insanların həyatına son qoyan və yüzlərlə insanı evsiz qoyan bir terror hücumu" olaraq xarakterizə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта