RU

Xaricə satdığımız şəkər 5 faizdən çox bahalaşıb

2023-cü ildə Azərbaycan 23 milyon 681 min dollar dəyərində 31 min 772 ton şəkər ixrac edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac göstəriciləri məbləğ ifadəsi idə 15 milyon 125 min dollar (39%), miqdar ifadəsi ilə 23 min 174 ton (43%) azalıb.

2022-ci ildə xaricə 38 milyon 806 min ABŞ dolları dəyərində 54 min 946 ton şəkər ixrac olunub.

Bir ton şəkərin ixracı 2023-cü ildə 746 dollar, 2022-ci ildə 706 dollar təşkil edib. Bu da 2022-ci illə müqayisədə 5.6%, yaxud da 40 dollar çoxdur.

Əvəz Həsənov

Избранный
233
50
valyuta.az

10Источники