RU

Vardanyanın apellyasiya şikayəti təmin edilmədi

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib. Trend-in məlumatına görə, R.Vardanyanın vəkili Afət Qaziyeva Vardanyanın həbs qərarından şikayət verib.

Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq şikayəti təmin etməyib.

Xatırladaq ki, törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunuv, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Избранный
208
28
baki-xeber.com

10Источники