Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronu İstanbuldakı Vahdetdin sarayında qəbul edib.
Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, D.Kameron Türkiyədə səfərdədir.
O, daha əvvəl həmkarı H. Fidanla görüşüb.