RU

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tərəfdaşların növbəti yığıncağı baş tutub

26 yanvar tarixində Türkiyə Respublikasının Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası baş tutub.

İclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçirilib və nəticələrə əsasən 2024-cü il üçün TBNM üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib, eləcə də marşrutun inkişaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.

Həmçinin yığıncaq çərçivəsində Gürcüstan və Qazaxıstanın dəmir yolu rəhbərləri ilə üçtərəfli görüş keçirilib. Görüşdə hər üç tərəfin təsisçisi olduğu TBNM çərçivəsində yaradılmış birgə müəssisənin fəaliyyətinin təşkili və biznes modelinin müəyyən olunması müzakirə olunub.

Избранный
322
10
marja.az

10Источники