RU

VƏTƏNDAŞ "PAŞA SIĞORTA"YA MÜRACİƏT ETDİ: AVTOMOBİLƏ DƏYMİŞ ZƏRƏR DÜZGÜN QİYMƏTLƏNDİRİLMİR

"Tezadlar.az" saytına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 4, mənzil1ünvanında yaşayan Əhmədov Cəmaləddin Davud oğlunun "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovaya ünvanlı şikayət ərizəsi daxil olub.Şikayətçi yazır:"Çox hörmətli Ülviyyə xanım! İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanın sığorta bazarında brend olaraq “PAŞA Sığorta”nın əsas funksiyalarına və fəaliyyət prinsiplərinə nəzər salsaq, onu da xüsusi olaraq vurğulamalıyıq ki, şirkət hər zaman qanunçuluğu, sağlam iş şəraitinin yaradılmasının təmin edilməsilə yanaşı, korporativ mədəniyyəti, uğurlu strategiyanı və milli-mənəvi dəyərlər baxımından etik davranış qaydalarını qorumağı həmişə yüksəkdə tutur, özünə ən ümdə vəzifə hesab edir. Bundan əlavə, lider sığorta şirkəti kimi, fəaliyyət göstərdiyiniz uzun illər ərzində əsas hədəfiniz müştərilərin rahatlığını təmin etmək və maksimal müştəri məmnuniyyətinə nail olmadan ibarət olub ki, bütün bunları bir vətəndaş olaraq hər zaman öz içtimai həyatımızda hiss edirik. Bu isə öz növbəsində vətəndaşların dövlətə olan inamını daha da gücləndirir və uğurlu dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunur.Çox hörmətli Ülviyyə xanım! Yuxarıda qeyd edilən müsbət məqamlara və sözün həqiqi mənasında, uzun illərin zəhməti hesabına şirkətin qazandığı yüksək nüfuza kölgə salmaq fikrindən çox-çox uzaq olaraq, qarşılaşdığım kiçik, lakin mənaca böyük məzmun ifadə edən haqsızlığı diqqətinizə çatdırmaq istəyirəm və inanıram ki, məhz sizin humanistliyinizin sayəsində göstərilən diqqətsizliyin aradan qalxması ilə yanaşı, eyni zamanda, həmişə olduğu kimi, şəffaflıq prinsipləri də yüksək səviyyədə qorunacaqdır.Bildirirəm ki, 8 dekabr 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində qardaşım Əhmədov Amil Davud oğluna məxsus və etibarnamə əsasında idarə etdiyim 77-XD-079 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobillə Mərdəkan qəsəbəsində yolun hərəkət hissəsinin kənarında dayandığım zaman 10-ON-961 dövlət qeydiyyat nömrə nişanlı “Qazel” markalı yük maşını arxaya hərəkət edərək, BMV markalı avtomobilə ciddi ziyan vurmuşdur. Hadisənin qeydə alınması prosesi aidiyyəti üzrə DYP və sığorta şirkəti əməkdaşları tərəfindən operativ şəkildə həyata keçirilsə də, nədənsə, dəymiş zərərin qiymətləndirilməsi işində müəyyən anlaşılmazlıqlar bu günə kimi hökm sürməkdə davam edir. Belə ki, fotoşəkillərdən də göründüyü kimi, BMV markalı avtomobilin kapot hissəsinin  və qabaq buferin məlum əziklərinin təmiri nəticəsində qeyd edilən detalların əvvəlki halına gətirilməsinin mümkünsüzlüyü nəzərə alınmamaqla, bu hissələrin köhnə detallarla (ikinci əl ehtiyat hissələrinin satışı bazarında) əvəzlənməsi üçün nəzərdə tutulan məbləğin ödənilməsinə ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır və bütün bunların müqabilində mənə 520 manat məbləğinin ödənilməsi təklif olunur. Lakin işin həqiqi hallarını nəzərə alaraq, bildirirəm ki, avtomobilin qarşı tərəfinin kapotu zamoku ilə birlikdə 1050 manat, qabaq buferi 600 manat, BMV nişanı 150 manat, usta haqqı 200 manat ilə birlikdə mənə dəymiş olan zərər 2000 manat təşkil edir.Çox hörmətli Ülviyyə xanım! Yuxarıda qeyd edilənlərə əsasən, sizdən xahiş edirəm ki, müraciətimi öz şəxsi nəzarətinizə götürəsiniz və mənə dəymiş zərərin aradan qaldırılması istiqamətində sərf olunacaq 2000 manat məbləğinin ödənilməsi istiqamətində öz müvafiq tapşırıqlarınızı verəsiniz.İnanıram ki, həmişə olduğu kimi, humanizm və ədalət prinsiplərini rəhbər tutaraq, aztəminatlı ailə başçısı kimi sosial həyat şəraitimi və “Sıığorta Haqqında Azərbaycan Respublikası Qanunu”nun tələblərini nəzərə alıb, öz köməkliyinizi məndən əsirgəməyəcəksiniz.Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm”.Qeyd edək ki, vətəndaş tərəfindən şikayət ərizəsi aidiyyəti ünvanlara göndərilib.Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.E.ŞİRİNOV

Избранный
309
31
tezadlar.az

10Источники