Bakı, 29 yanvar, AZƏRTAC
Xətai rayonu ərazisində mənzillərin birindən 17 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.