RU

Bakıda mənzildən 17 min manat dəyərində qızıl oğurlanıb

Bakıda

Bakı, 29 yanvar, AZƏRTAC

Xətai rayonu ərazisində mənzillərin birindən 17 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Избранный
175
50
azertag.az

10Источники