Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Facebook sosial şəbəkəsində yazı dərc edərək, Baş Qərargah rəisi Sergey Şaptalanı ad günü münasibətilə təbrik edib.Bu mesaj sosial şəbəkə istifadəçiləri arasında generalın istefası ilə bağlı mübahisələrə səbəb olub. Onlardan bəzilərinin fikrincə, ali baş komandan keçmiş zamanda bəzi sözlər işlətdiyi üçün ukraynalılarla vidalaşıb. Zalujnı vurğulayıb ki, Ukraynanı çətin günlər gözləyir.“Hələ bizim üçün çox çətin olacaq, amma qətiyyən heç vaxt utanmayacağıq. Xoşbəxtəm ki, bu həyatda və münaqişə zamanı yanımda olmusan”, - deyə yazıb.Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenski təkcə Zalujnı deyil, həm də Şaptalanı vəzifəsindən uzaqlaşdıra bilər. “Ukrayinska pravda” nəşrinin məlumatına görə, dövlət başçısı artıq yekun qərarını verib. Ölkənin hakimiyyət orqanları bir həftə ərzində kadr dəyişiklikləri barədə məlumat verə bilər.Generallarla yanaşı, digər ukraynalı məmurlar da mövqelərini itirə bilərlər. Zelenskinin sözlərinə görə, dövlətin yenidən işə salınması və “yeni başlanğıc” lazımdır ki, bu da yalnız bütün idarəetmə qrupunun işdən çıxarılması ilə əldə edilə bilər.Ukraynada kadr dəyişiklikləri ilə bağlı vəziyyəti şərh edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Vaşinqton Kiyevin işlərinə qarışmır. Onun sözlərinə görə, Zelenskinin nazirlərin və generalların təyinatı və ya vəzifədən azad edilməsi ilə bağlı qərar qəbul etmək suveren hüququ var. E.ŞİRİNOV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта