RU

Qazaxıstan Aktau limanından Azərbaycana neft nəqlini artırıb

Yanvarda Qazaxıstan Aktau dəniz limanından Bakı limanına neft nəqlinin həcmini 60 min ton artıraraq 116 min tona çatdırıb.

Bu barədə “İki sahil” “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilib ki, yanvarda Qazaxıstan neftinin Aktau limanından ixrac məqsədilə daşınmasının ümumi həcmi 287 min ton təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76 min ton çoxdur. Bu artımın əsas hissəsi Azərbaycana göndərişlər hesabına olub.

Məlumatda qeyd edilib ki, Aktau limanından Mahaçqala limanına 171 min ton Qazaxıstan nefti göndərilib və bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 17 min ton çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Buna uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar.

Eyni zamanda Transxəzər marşrutu üzrə ilk neft tədarükünə başlanılıb və iki il ərzində bu həcm 3 milyon tona çatdırılacaq.

Избранный
247
8
ikisahil.az

10Источники