Yaponiya iqtisadiyyatı 2023-cü ilin sonunda gözlənilmədən daralaraq tənəzzülə girib.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb. Ümumi daxili məhsul əvvəlki rübdə yenidən işlənmiş 3,3 faiz azalmanın ardından keçən ilin son üç ayında illik bazda yüzdə 0,4 azalıb. Bununla belə, iqtisadçılar 1,1 faiz artım gözləyirdilər.
Məlumatlar həmçinin Yaponiya iqtisadiyyatının keçən il dollar ifadəsində dünyanın dördüncü böyük iqtisadiyyatına düşdüyünü təsdiqləyib.
Qeyd edək ki, Almaniya hazırda dünyanın üçüncü ən böyük iqtisadiyyatına malikdir.
//Gülnarə Abasova, Editor.az