RU

"Şarl Mişel liderləri Brüsselə dəvət etmək istəyir" - "Müharibə heç kimin maraqlarına cavab vermir..."

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra İlham Əliyevə zəng etməsi, bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışması Brüsselin liderlərin növbəti görüşünün təşkil etməsinə hazırlıqla bağlıdır"."AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Şarl Mişel yaxın günlərdə İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyir: "Almaniya kansleri Olaf Şolstun Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb. Münhendə liderlər Brüsseldə daha əvvəl əldə etdikləri razılaşmalara sadiq qaldıqlarını bildirdilər. Şarl Mişel Brüssel görüşünü təşkil etməyə çalışsa da, bunun hazırlıqlarını da sürətləndirməlidir".Politoloq hesab edir ki, Brüssel müzakirəsi sadəcə görüş xatirinə olmamalıdır, hansısa nəticəyə köklənmək lazımdır. "Aydındır ki, gələcək görüşdə liderlərin sülh sazişi imzalaması problematikdir. Ancaq Brüssel müzakirələrində müəyyən irəliləyiş əldə edilməsi vacibdir, ortaq bəyanatın qəbulu mümkündür. Çünki ortamı yumşaltmağa ehtiyac var, müharibə heç kimin maraqlarına cavab vermir", - ekspert vurğulayıb.Rasim Əliyev"Azpolitika.info" ОтветитьПереслатьПредложить звонокСоздать событие

Избранный
596
azpolitika.info

1Источники