RU

İsrail – Fələstin savaşı: İran bölgəyə necə nəzarət edir?

Bir neçə gündür ki, Yaxın Şərq yenidən qaynar qazana dönüb. Regionda daha böyük savaşın başlayacağı hər an gözlənilən idi.  Sözsüz ki, İsrail – Fələstin  savaşının başlanması və bu regionun qan çanağına çevrilməsinən uzun illər keçir . Yəhidi və ərəb xalqı yüz illərdir ki, qonşuluq şəraitində yaşayıblar. Bəziləri ərəblərin bölgəyə ikinci dünya müharibəsindən sonra gəldiyini deməklə əslində tarixi saxtalaşdırırlar. Yəhudi xalqı min illərdir ki, bu ərazidə yaşamlarını sürdürür. Onların dövlət qurma amalı isə həqiqətən Böyük Vətən müharibəsindən sonra daha da artdı. Bunun səbəblərindən biri isə Avropadan köç edən yəhudilərin Yaxın Şərqə köçürülməsi idi. Faşist Almaniyası tərəfindən soyqırıma məruz qalan yəhudi xalqı Avropanı tərk edərək bölgəyə axın edirdilər. Münaqişənin əsl səbəbi sözsüz ki, torpaq iddiası ilə əsaslanır. Ancaq bu münaqişənin kökü heç də XX əsrdə də qoyulmayıb.

Ərəb-İsrail qarşıdurmasının kökləri 19-cu əsrə gedib çıxır. Ekspertlər ideoloji dəstəyə əsaslanaraq qeyd edirlər ki, bu gün növbəti kəskinləşmənin şahidi olduğumuz Fələstin-İsrail münaqişəsi ərəb-İsrail qarşıdurmasının yalnız lokal təzahürüdür. Qlobal mənada ərəb-İsrail qarşıdurmasını şərtləndirən iki ideoloji əsas var.

• Yəhudi xalqının Yaxın Şərq bölgəsindəki tarixi vətənlərinə qayıtmasını nəzərdə tutan İsrail sionizmi. Bu ideologiya xüsusilə 19-cu əsrin sonlarında Avropada populyarlaşdı.

• Ərəb Şərqinin milli birliyini dini və dil ümumiliyi faktorlarına əsaslanaraq qəbul edən ərəb millətçiliyi.
Ərəb millətçiliyi sionizm təşəkkülündən və yayılmasından sonra, böyük ölçüdə sionist təhlükəsinə cavab olaraq formalaşmışdır. Fələstin ərazisi faktiki olaraq qarşı tərəflər arasında mübahisə yeridir və ərazi baxımından münaqişə ilk növbədə bu ərazidə inkişaf edir. Məsələ burasındadır ki, 20-ci əsrin əvvəllərində Yaxın Şərq regionunun əksər hissəsi kimi Fələstin də Osmanlı İmperiyasının tərkibində idi. Bölgənin sakinlərinin əksəriyyəti ərəblər idi. Yəhudilərin Avropa və Yaxın Şərq regionundan bu bölgəyə miqrasiyası tədricən böyük yəhudi icmalarını formalaşdırmaqdadır. 1917-ci ildə Fələstin Böyük Britaniyanın hakimiyyəti altına keçdi. İngilis qoşunlarında olan yəhudi legionu da bu reallığa öz töhfəsini verdi. 1923-48-ci illərdə bu ərazinin mandatı Böyük Britaniyaya məxsus idi. Buraya müasir İsrail dövləti, İordan çayının qərb sahili və birlikdə Fələstin adlandırılan Qəzza zolağı daxil idi. Böyük Britaniyanın  xarici işlər naziri Artur Balfourun bəyannaməsi gələcək münaqişənin ilk toxumlarını səpdiyi güman edilən ilk sənəd idi, baxmayaraq ki, bu münaqişənin Fələstinlilər və Yəhudilər qədər qədim olduğuna və köklərinin olduğuna inanan tarixçilər var. İordan çayının Qərb sahili, Qəzza zolağı, adətən Fələstin adlanırdı.

Bəyannamədə Fələstin ərəblərinin böyük narazılığına səbəb olan “yəhudi milli evləri”nin yaradılması tələb olunurdu. Fələstində ilk toqquşmalar 1929-cu ildə baş verdi. Yəhudi “Beyitar” siyasi təşkilatı nümayişə çıxdıqdan sonra ərəblərlə yəhudilər arasında toqquşmalar başlayıb. O zaman həm ərəb, həm də yəhudi olmaqla 250 nəfər öldürüldü. 1936-39-cu illərdə o vaxtkı  Fələstində ərəb üsyanı baş verdi. Narazılığın bir sıra səbəbləri var idi.

• Ərəblər bölgəyə getdikcə daha çox yəhudilərin, o cümlədən nasistlərdən qaçan yəhudilərin məskunlaşmasından narazı idilər.

• Ərəblər yəhudilərin sayının artmasının ərəblər üçün iş yerlərinin azalmasına səbəb olmasından narazı idilər.

• Ərəblər torpaq sahələrinin yəhudilərin istifadəsi üçün ayrılmasından narazı idilər.

• Müstəqil hökumətlər yaratmaq istəyi var idi.

1948-ci ilə qədər ərəb-İsrail toqquşmaları getdikcə daha tez-tez baş verirdi. Diplomatik həll cəhdləri heç bir nəticə verməyib. Böyük Britaniya yardım üçün BMT-yə müraciət edir. O zaman yeni yaradılmış BMT Fələstinin İsrail dövləti ilə Ərəb dövləti arasında bölünməsini təklif etdi.
Birləşmiş Millətlər Təşkilatının 181-ci qətnaməsi 1947-ci ildə qəbul edilib və 1948-ci il mayın 14-ü İsrail dövlətinin yaranma günü kimi qəbul edildi. Lakin öz dövlətlərini qurmaq istəyən Fələstinə bu şans verilmədi.

1980-ci ildən başlayaraq İran bölgəyə öz “toxumları”nə səpməyə başladı. Sözsüz ki, burada İran və Livanın dəstəyi ilə yaradılan, həmçinin Rusiyanın himayə etdiyi HƏMAS və “Hizbullah”ın rolu daha böyük idi. İran və Rusiyanın bölgədə təsir qüvvələrinin artırmaq üçün yaratdığı və dəstək verdiyi bu təşkilatlar bölgədə söz sahibinə çevrildilər.

İran dünyanın terror təşkilatı kimi qəbul etdiyi HƏMAS dəstək verdiyini açıq şəkildə bəyan edir. Bəzi araşdırma inistutları İranın hər ay HƏMAS üçün 100 milyon dollar, digər bir ərəb ölkəsi Qətər isə 30 milyon dollar verdiyini qeyd edir. Bir sözlə İran, Rusiya və Qətər birbaşa olaraq HƏMAS və “Hizbullah”ın maliyyə qaynağı rolunu oynayır. Qətərdən fərqli olaraq Rusiya və İran regiondakı vəziyyətə bu iki təşkilat vasitəsilə nəzarət edir. Heç kimə gizlin deyil ki, Fələstin xalqının sosial rifahı, nə Rusiya , nə də İran üçün maraqlı deyil. Fələstin dövlətinin yaranması da bu iki dövlət üçün maraq kəsb etmir. Onlar üçün yalnız bir proritet var: Yaxın Şərqdə nəzarəti əldə saxlamaq. Görünən isə odur ki, İsrail – Fələstin müharibəsinin  tezliklə sona çatması mümkünsüzdür. Çünki müharibə uzandıqca bu savaşa yeni oyunçular daxil olur.

Qoşqar Salmanlı

Избранный
220
50
ulusal.az

10Источники