RU

Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə sülh prosesini müzakirə edib - FOTO/VİDEO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

C.Bayramov Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb.

Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” olması ilə bağlı əsassız iddialar irəli sürməsi fonunda “Ağdam-Xankəndi” yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunmasının vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakterli olduğunu göstərdiyi bildirilib.

Xüsusilə Ermənistan tərəfindən ölkəmizə qarşı siyasi və hərbi təxribatların artdığı bir şəraitdə bu kimi addımların beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
114
1
oxu.az

2Источники