RU

İşğaldan azad edilmiş ərazilərə “BöyükQayıdış” proqramı milli prioritetlərimizsırasındadır

Müstəqil Azərbaycan nailiyyətləri ilə dünya birliyindəsayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələriilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadiəhəmiyyətilə seçilən transmilli layihələr reallaşdıran ölkəkimi də tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiyageosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıqmünasibətlərinə töhfəsini verməklə diqqəti çəkir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günəqədər yüksək səviyyədə həyata keçirilən digər dövlətproqramları kimi “Böyük Qayıdış” Proqramı da uğurla icraolunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali BaşKomandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsininifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktikiplanıdır.
Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ vəŞərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeniavtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayışkompleksləri, məktəblər, xəstəxanalar, su-elektrikstansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütünimkanlar səfərbər edilib. Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin baştutması və insanların öz doğma yurdlarına geri dönmsəi“Böyük Qayıdış”ın daha da sürətləndiyini təadiq edir. Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilanın Ağalıkəndində istifadəyə verilmiş “Ağıllı kənd”də yaradılmışbütün zəruri infrastrukutlar, sosial obyektlər, müxtəlifxidmət və təminat sahələri burada yaşayan insanların işyerləri ilə təmin edilməsində də mühüm rol oynayır.
Bu ərazidə yeni müəssisə və xidmət sahələrininyaradılması, kənd təsərrüfatı və emal obyektlərinin icrasıbölgədə iqtisadi fəallıq üçün əlverişli imkanlar deməkdir. Bu müəssisələrdə çalışan insanlar, sahibkarlıqla məşğulolanlar istehsal, emal və satış şəbəkəsi qurmaqla həminərazinin, Zəngilanın iqtisadi inkişafına və ümumilikdəölkəmizin iqtisadiyyatına töhfə verəcəklər.“Qarabağ vəŞərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensilamalikdir. Bu ərazilərdə müasir sənaye komplekslərininyaradılması işləri start götürüb. Cəbrayılda yeni fəaliyyətəbaşlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilkxarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam SənayeParkının təməli qoyulub. Ağdamın Qarabağ regionundakıstrateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrinqovuşuğunda yerləşməsi, insan resursları potensialı vəinfrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağınsənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Nəsimi rayon sakini
Aysel Məmmədova

Избранный
292
3
yenigundem.az

4Источники