RU

Yaralı hərbi qulluqçu Hümbətov Nurlan Sultan oğlu yaşadığı evdə ziyarət olundu

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov RİHB Aparatının məsul işçiləri ilə birlikdə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı yaralanmış Daşkəsən şəhər sakini, müddətdən artıq xidmət edən kiçik çavuş Hümbətov Nurlan Sultan oğlunu yaşadığı evdə ziyarət edib, ailə üzvləri ilə görüşüb, onlarla söhbət edib. Söhbət zamanı qeyd olunub ki, Azərbaycan Ordusu böyük əzm, şücaət və igidlik göstərərək torpaqlarımızı işğaldan, məkrli düşmənin tapdağından azad etdi. Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş missiyanı bu gün də uğurla, şərəflə yerinə yetirir.
Qeyd edək ki, Daşkəsən rayonunda şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğu və sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Nurlan Hümbətov aparılan müayinə və müalicələrin gedişindən razılığını bildirərək ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

image-1 image-2

Избранный
275
ulusal.az

1Источники