Uzun müddət narkotik aslılığından əziyyət çəkən Nurlan Mustafalı "Bizimləsən" verilişinə qatılıb. Sənətçi narkotikə sevdiyi qıza görə qurşandığını etiraf edib.
Efir zamanı Nurlan bir türk mahnısı ifa edib. O, Azərbaycandakı səs yarışmalarından birində də iştirak edib.
Nurlan narkotik aludəçisi olduğu üçün peşmandır: "Narkotikə görə atamın hər hansı bir əşyasını satanda pis olurdum. Bilirdim ki, həmin an xəbəri yoxdur. Amma üzümü çevirib gedəndə məyus olurdum".
Nurlan Mustafalının imkanlı ailənin övladı olduğu bildirilib.
Ətraflı videoda: