RU

DİM lokal xarakterli antiterror tədbirlərinə aid məqaləni yeniləyib

Dövlət İmtahan Mərkəzi "2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri"nə aid yenilənmiş məqaləni təqdim edib.DİM-dən Trend-ə verilən xəbərə görə, Qarabağda antiterror tədbirlərinə dair 2024-cü il "Abituriyent" jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin ötən ilin noyabr ayından mərkəzin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri;Mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən "2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri" mövzusuna aid tapşırıqlar da istifadə ediləcək.2024-cü il "Abituriyent" jurnalının 2-ci sayında rus bölməsi üçün Ədəbiyyat (Литература) fənnindən dərc edilmiş "Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде" məqaləsi ilə isə bu keçid vasitəsilə tanış ola bilərsiniz.Məlumat üçün bir daha bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar.Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
243
1
olaylar.az

2Источники