RU

Uşaq tərbiyəsində valideynlərin rolu

Tarixən şəxsiyyətin formalaşmasında istər bioloji fərd, istər psixoloji, istərsə də sosial bir varlıq kimi böyük rol oynayıb.

Deməli, gələcək cəmiyyətin yaxşı, ya pis olması bu gün ata və anaların uşaqlara verdiyi tərbiyə ilə bağlıdır. 

Buna görə də onlar cəmiyyət qarşısında çox böyük məsuliyyət daşıyırlar. 

Lakin etiraf edək ki, günümüzün reallıqları bəzi uşaqların öz kökünə heç də bağlı olmadığını və bu kökdən qopmağa başladıqlarını göstərir.

Bunun nəticəsidir ki, cəmiyyətdə çətin tərbiyə olunan uşaqların sayı artır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, uşaqları döyməklə tərbiyə etmək olmaz və bu addım onların gələcəkdə müxtəlif cinayətlərə əl atmasına səbəb ola bilər: 

“Uşaqların ən böyük düşməni döyülməkdir. Uşağı döyməklə tərbiyə etmək onu kor quyuya atmağa bərabər dəyərdədir. Xüsusilə, atanın döyməsi və təzyiqi ilə böyüyən uşaqlarda bəzi psixoloji problemlərin yaranmasına səbəb olur. Belə bir mühitdə böyüyən uşaqlar tez-tez yalan söyləməyə də başlayır və beləliklə yalançılığa öyrəşir. Uşaqların cinayət törətməyə yönəlməsində də ən böyük günahkar valideynlərindir. Döyülmək uşağa heç bir şey qazandırmadığı kimi şəxsiyyətindən də bir çox şey alıb aparmaqdadır. Uşaq cinayətləri ilə əlaqədar araşdırmalardan da görünür ki, bu cür uşaqlar əsasən döyülən və təhsilsiz böyüyən uşaqlardır. Uşaqların tərbiyəsində əsas məqamlardan biri də ailə içərisində ana və ya atanın davranışlarıdır. Çünki uşaqlar daha doğulduğu gündən etibarən ətrafında olan hadisələri yaddaşlarında saxlayırlar. İrəli yaşlarda da ana və atasını özünə nümunə olaraq seçib onların elədiklərini təkrarlayır”.

Sevinc

Избранный
378
44
hit.az

10Источники