RU

FRANSIZ FİLMLƏRİNDƏ AZƏRBAYCANIN MƏDƏNİ İRSİ NECƏ ERMƏNİLƏŞDİRİLİR?

...Keçək mətləbə: ötən ay millət vəkili Zahid Orucun rəhbəri olduğu mərkəzin baş ofisində Qərbi Azərbaycana qayıdışla bağlı geniş tərkibdə tədbir keçirilirdi. Tədbirdə Qərbi Azərbaycanlıların tarixi yurd yerlərindən necə qovulub qaçqın salınmasımı, eləcə də həmin ərazilərin Azərbaycana məxsusluğunu təsdiqləyən təkzibolunmaz fakt və sübutları özündə əks etdirən sənədli film nümayiş etdirildi... Tədbirdı millət vəkilləri, tarixçi alimlər və mütəxəssislər, Qərbi Azərbaycandan olan tanınmış ziyalılar iştirak edirdilər.Bu vacib tədbirdə mən də iştirak edirdim və mənə də çıxış üçün söz verdilər. Çıxışımı olduqca vacib bir məsələ üzərində qurdum. Dedim: "Amerika demək olar heç vaxt öz ərazisində müharibə görməyib... Amma indi dünyada müharibələrdən bəhs edən bədii filmlərin ən azı 70 faizini Amerika filmləri təşkil edir... Burada Qərbi Azərbaycanla bağlı sənədli film nümayiş etdirildi. Erməni vandalizminin ağrılarını yaşamış şahidlərin danışdıqları filmdə əks olunub... Azərbaycan 30 ildən çoxdur Ermənistanın müharibə dəhşətlərini yaşayıb. Amma dünya arenasına çıxarılası bir dənə də olsun bədii filmimiz yoxdur. Elə Azərbaycan auditoriyasına da, amma dövlətimiz heç kimə gərək olmayan teleseriallara hər il milyonlar ayırır. Niyə xarici ölkələrdən müharibə filmlərinin çəkilişində təcrübəsi olan rejissorlar çağrılıb bədii filmlər çəkilmir? Bunun üçün iki şey lazımdır: müharibənin ağrılarını yaşamaq, bir də pul! Bunun ikisi də bizdə var. Amma...". Tədbir iştirakçıları bu çıxışımı alqışladılar. Sonra millət vəkili Musa Urud çıxışıma bir arayış verdi və bildirdi ki, sən demə, həmin günlərdə parlamentdə artıq bu məsələ qaldırılıb və hökumətə təklif verilib ki, Azərbaycanın müharibə tarixindən bəhs edən bədii filmlərin çəkilişi üçün büdcədən vəsait ayrılsın və s.Bu məsələ hazırda hansı vəziyyətdə icradadır, deyə bilmərəm, çünki məlumatsızam. Amma dünən təsadüfən internetdə YouTube üzərindən bir fransız filminə baxmalı oldum. Ona da necə: filmin başlanğıcında musiqi səslənməyə başladı və tütək səsini eşitdim. Dərhal başa düşdüm və ehtimal etdim ki, bu fransız filmində mütləq erməni izi var. Beləliklə, filmin mənim üçün vacib məqamını tapdım. "Allahın rəsmini çəkən adam" («Человек, который нарисовал Бога") adlı filmin mənasl belədir ki, bir nəfər anadangəlmə kor olur... Sonra böyüyüb özünə rəssamlıq istedadı ilə kurs açır, gənc həvəskarlara şəkil çəkməyi öyrədir... Hətta ona vəhy gəlir və o qarşısındakı insanın səsini duyub onun şəklini çəkə bilir. Rejissor, nəhayət, gəlir onun üçün ən vacib məqama: o evinə bir ana- bala zəncini kirayənişin götürür ki, həm pulsuz yaşasınlar, həm də ona qayğı göstərsinlər. Rəssamlığı öyrənən kirayənişin qız bir gün telefonla bu kor rəssamın şəklini çəkir. Rəssam isə başlayır tütək çalmağa. Qız ondan soruşur ki, bu nədir çalırsan, kor rəssam isə deyir ki, bunun adı tütəkdir, qədim erməni çalğı alətidir. Bunu mənə çalmağı bir qadın öyrədib və s. Beləliklə, film boyu tütək səsi səslənir. Amma izlədim, filmin yaradıcı heyyəti arasında erməni adına rast gəlmədim. Lakin bu ermənipərəst rejissor 2022- ci ildə çəkilmiş və elə də bir dərin mənası olmayan filmdən erməni təbliğatı üçün əməllicə yararlanıb, Azərbaycanın qədim çalğı aləti olan tütəyi erməniləşdirib. Açığı, bizim vızifə üstündə baş yaran kino rəhbərlərimizə əsəbləşib filmi tam izləmədim görüm rejissor aradabir "Sarı gəlin"i də erməniləşdirib, ya yox!Filmin həmin vacib məqamından kiçik parçanı da təqdim edirəm. Ondan ötrü ki, bədii əsər yazanda, ssenari formalaşdıranda, ən adi film çəkəndə də bu cür incə siyasətdən istifadə edək. Əks halda, ermənilər bütün varidatını xarici ölkələrdə bu cür təbliğata yönəldəcəklər... Bizə isə, ancaq pulumuzu xaricə daşıyıb az sonra müflis olan oliqarxlarımızın sonrakı acı taleyi və beynəlxalq məhkəmə qərarlarındakı müsadirə sanksiyaları qalacaq... Deməli, düşməndən hələ öyrənməli çox şeylər var! Öyrənək...Asif MƏRZİLİ

Избранный
483
tezadlar.az

1Источники