“30 ildən artıqdır ki, qaçqın həyatı yaşayırdıq. İndi şad xəbər gəldi ki, Prezidentimiz bir güllə belə atılmadan kəndlərimizi qaytarıb”.
Bu fikirləri Baku TV-yə açıqlamasında Qazax rayonunun Əskipara kənd sakini Nizami Şəmirov erməni işğalında olan dörd kəndin Azərbaycana qaytarılması haqqında danışarkən deyib.
“Allah Ordumuzu qorusun. Nə deyəcəyimi bilmirəm. Az qalıram sevincdən göylərə uçam”, - Əskipara sakini söyləyib.
Ətraflı süjetdə: