RU

Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşından XƏBƏR VAR

"BQXK-nın hazırda Ermənistanda müntəzəm olaraq baş çəkdiyi iki Azərbaycan vətəndaşı var". 

News24.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova mətbuata açıqlamasında qeyd edib. 

"Onlara mütəmmadi olaraq baş çəkilir. Əsirlərin vəziyyətləri ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır, amma ailələrinə bildirilir. Onların əlaqənin yaradılması təmin olunur. Sonuncu dəfə Ermənistandakı azərbaycanlı əsirlərə sentyabrda baş çəkilib", - deyə o bildirib. 




Избранный
420
43
news24.az

10Источники