RU

Ucuz həyət evlərinə tələbat daha çoxdur - Ekspert

Mart, aprel və may aylarından başlayaraq  torpaq sahələrinə və fərdi həyət evlərinə tələbat artırÖtən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, mart ayında əvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.4 faiz qiymət artımı qeydə alınıb.Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0.9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1.3 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz olub. Eyni zamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, mart, aprel və may aylarından başlayaraq  torpaq sahələrinə və fərdi həyət evlərinə tələbat artır:“Torpaq sahələri mart, aprel və may aylarında daha çox satılır. Həmin torpaq sahələrini alıb orada fərdi həyət və bağ evi tikirlər. Soyuq aylarda fərdi həyət evlərinə və torpaq sahələrinə tələbat azalır. Tələbat azaldıqda isə qiymətlərdə minimal enmələr müşahidə olunur. Yaz mövsümü başlayandan avqust ayının sonuna kimi torpaq sahələrinə və həyət evlərinə tələbat artır. Fərdi həyət evləri sənədli və sənədsiz olaraq iki hissəyə bölünür. Çıxarışlı əmlakların qiyməti baha, çıxarışı olmayan fərdi həyət evlərinin qiyməti isə çox ucuzdur. Abşeron ərazisində fərdi həyət evlərinin qiyməti minimal olaraq ortalama 30 mindən başlayaraq təxmini 60-70-80 minə qədər normal həyət evi almaq olur. Bakının mərkəzində, metrostansiyaların yaxınlığında 1 otaqlı köhnə tikili mənzillərin qiyməti ortalama 90-110 min manat arası dəyişir. Yeni tikili binalarda isə daha baha qiymətədir. Kənar ərazilərdə aztəminatlı ailələr ucuz qiymətli həyət evi alırlar və otaq sayı daha çox olur. Ancaq sənədli olmaması riskdir. Buna baxmayaraq həmin ucuz həyət evlərinə tələbat daha çoxdur nəinki bina evlərinə. Çünki bina evlərində qiymətlər kəskin şəkildə artıb”.

Избранный
361
sherg.az

1Источники