Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlanıb.
Məlumata görə, “Meta” tərəfindən “X”ə rəqib olaraq buraxılan “Threads” tətbiqi Rəqabət Qurumunun qərarı ilə aprelin 29-dan etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır.
Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbiq “Meta” şirkətinə məxsus “Instagram”dan yeni istifadəçinin məlumatlarını avtomatik götürür.