RU

Dələduzluq edən paytaxt sakini həbs edilib - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun zərərçəkmişə həbsdəki qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə məlumat verə bilərlər.

 

Избранный
152
28
azmedia.az

10Источники