RU

Ukraynada vəziyyəti yalnız bu silahla dəyişmək olar

Yalnız nüvə silahından istifadə Ukraynadakı vəziyyətə təsir göstərə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib.

“Biz strateji mənzərəni (Ukraynada - red.) dəyişdirmək üçün adi səviyyədə heç nə edə bilmərik, bu o deməkdir ki, müraciət edə biləcəyimiz yeganə şey nüvə silahıdır”, - o deyib.

Polkovnikin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin eskalasiyanın bu səviyyəyə çatmasını istəmədiyini açıq şəkildə bildirib, lakin o, Moskvanın cavab verməyə hazır olduğu haqda xəbərdarlıq edib.

“Rusiya çox müasir elm-sənaye dövlətidir, yəqin ki, dünyada mövcud olan bütün quru və raket qüvvələrinə və pilotsuz uçuş aparatlarına malikdir", - Makqreqor bildirib.

Избранный
79
2
axar.az

3Источники