RU

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur.

“İki sahil” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşada inşa olunan bu seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb:

"Hazırda abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib. Bu, Azərbaycanda dördüncü quyudibi stansiya olacaq, 100 metr dərinlikdə yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq. Əhali köçdükcə orada işlə təmin olunacaq".

Избранный
367
24
ikisahil.az

10Источники