RU

Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib - FOTO

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə İqtisadiyyat.az-a səfirlikdən bildirilib.

Səfirliyin müşaviri Rəşad Vahabzadə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, onun tarixi bir şəxsiyyət kimi böyüklüyündən və Azerbaycana olan xidmətlərindən danışıb. O deyib ki, Heydər Əliyev Azərbaycana çox layiqli bir varis bəxş edib:

“Biz Heydər Əliyevin uğurlu siyasi kursunun davamı olaraq öz torpaqlarımızı işğaldan azad edə bildik. Biz qürurlanmalıyıq ki, bizim tariximizdə belə bir şəxsiyyət olub və onun belə bir layiqli davamçısı var. Ulu Öndər Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır”.

Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi, polkovnik Azər Heybətli qeyd edib ki, Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Ulu Öndər Heydər Əliyev ordudakı islahatlarla yenidənqurma işlərinə başladı, ordunun inkişafı üçün həm maddi, həm texniki zəmin, həm də ruh yüksəkliyi yaratdı:

“Bu uğurlu yol Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən davam etdirilir. Ordumuzun peşəkarlığı sayəsində biz öz torpaqlarımızı geri ala bildik. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü və qabaqcıl ordularından biridir, - o,bildirib.

Səfirliyin müşaviri Günel Səlimova bildirib ki, Heydər Əliyevin nəbzi hər zaman vətənlə birgə döyünüb: “Bizim üçün qürurvericidir ki, Ümumilli Liderin dahi və müdrik siyasi xadim olduğu daima beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir”.

Azərbaycan icmasının üzvləri də Ümumilli Liderlə bağlı xoş xatirələrini bölüşüb.

Tədbirdə Kral Musiqi Kollecinin azərbaycanlı tələbəsi pianist Vüsalə Babayeva “Laçın Balladası” əsərini ifa edib.

Избранный
508
6
iqtisadiyyat.az

3Источники