Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıblar.
Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yerə sahib çıxıblar.
Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.