RU

İstənilən halda minimum əməkhaqqı artırılacaq -İQTİSADÇIDAN ŞAD XƏBƏR

Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanır.
Bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.
Belə ki, qrup aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi istiqamətində iş aparır.
Bununla yanaşı, qrupa minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq, aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması da qrupun fəaliyyət planına daxil edilib.


İqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a  bildirib ki, Azərbaycanda minimum saat hesabı əməkhaqqının verilməsi ilə bağlı planlar və tapşırıqlar gəlib:

“Saatlıq minimum əməkhaqqının artırılması ilə bağlı yollar araşdırılır. Azərbaycandakı minimum əməkhaqqı kifayət qədər azdır. Bu ölkənin potensialına uyğun deyil. Həmçinin bunun yeni qaydalara keçirilməsi, saat hesabı hesablanması baş tutacaqsa, artıq fərqli mexanizmlər işə düşməlidir. İndi bizdə minimum əməkhaqqı aylıq hesablanır. Bu saat hesabına keçdikcə isə hansı tariflər müəyyənləşləşdiriləcəyi və Sosial Müdafiə Fonduna ödənişlər hansı formada həyata keçiriləcəyi barədə suallar hələki açıq qalıb. Azərbaycanda minimum əməkhaqqının artırılmasının başqa fəsadları da olur. Yəni 700-800 min manata yaxın VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödədikləri vergi də avtomatik olaraq qanunvericiliyə görə minimum əmək haqqına bağlıdır. Bu mənada əməkhaqqı artan kimi vergilər də artır. Bu da aradan qaldırılmalıdır ki, özəl sektora dəstək vermək asan olsun. İstənilən halda minimum əməkhaqqı artırılacaq. Bunun hansı səviyyədə artırılması və hansı mexanizmlərin yaradılmasından asılı olacaq. İndiki minimum əməkhaqqına bölsək təqribən 1 manat 80 qəpiyə yaxın saat hesabı ödəniş alınır. Bu saat hesabı əməkhaqqı isə çox aşağıdır. Dünyada inkişaf etməkdə olan ölkələrdə saatlıq minimum əməkhaqqı ən azı 2 dollardan başlayır. B uda ki, 3 manat 40 qəpikdir. Yəni indiki minimum əməkhaqqının 2 qatıdır.  Biz də inkişaf etməkdə olan ölkələr siyahısına daxilik. Ona görədə hansı mexanizmlərin tətbiq olunması və təkliflərin verilməsi çox maraqlıdır.”
Избранный
482
8
sherg.az

10Источники