UEFA Çempionlar Liqasının finalını idarə edəcək hakim açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Real” və “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək həlledici matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.
Qeyd edək ki, qarşılaşma iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək.