RU

Orxan Aslanov da Yaponiyada dünya çempionu oldu

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində təşkil olunmuş dünya çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Orxan Aslanov T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,18 metr nəticə ilə dünya çempionu olub. Bu, paralimpiyaçımızın ilk dünya çempionluğudur.

Xatırladaq ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb. Dünən isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Karyerasında ilk dəfə dünya çempionatının qızıl medal qazanan idmançımız fikirlərini də bölüşüb. Aslanov Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bütün Paralimpiya ailəsini ürəkdən təbrik edirəm. Artıq milli komandamız dünya çempionatında üçüncü qızıl medalı qazanıb. Şadam ki, qızıl medallardan birini mən qazanaraq bu nəticədə pay sahibi oldum. İlk dünya çempionluğunu qazandım. Bu qızıl medal qarşıdan gələn Paris Paralimpiadası öncəsi məndə stimul yaratdı ki, daha həvəslə hazırlaşım. Ümid edirəm ki, milli komanda olaraq Parisdə də yaxşı nəticələr əldə edəcəyik”.

Избранный
154
10
arena.az

10Источники