Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin qatılacağı daha bir turnir bəlli olub.
Bizim.Media xəbər verir ki, Qadın Seriyasının iyunun 2-3-də Qəbələdə keçiriləcək mərhələsində çıxış edəcək yığmamız ayın ortalarında daha bir sınağa çıxacaq.
Komandamız Klermon-Ferran mərhələsində də mübarizə aparacaq. Fransadakı turnir iyunun 14-15-də baş tutacaq. Bu mərhələdə 12 komanda iştirak edəcək.
Azərbaycan, Fransa, Almaniya, Kanada, Niderland, Puerto-Riko, Avstriya, İrlandiya, Filippin yığmaları ilə yanaşı, Çinin U-24 millisi, həmçinin “Qyor” (Macarıstan) və “Klermon-Ferran” (Fransa) klubları meydana çıxacaq.
Qeyd edək ki, bu həftə start götürəcək Qəbələ mərhələsində 8 komanda yarışacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта